Bayden Trampın NATO ilə bağlı bəyanatına sərt reaksiya verib
Tarix: 14-02-2024 12:04 | Bölmə: Siyasət
Bayden Trampın NATO ilə bağlı bəyanatına sərt reaksiya verib

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın NATO ilə bağlı açıqlamasına reaksiya verib. O, sabiq prezidentin NATO ilə bağlı dediklərini “təhlükəli və şokedici” adlandırıb.

Reyting.az
-ın xəbərinə görə, D. Trampın Rusiya tərəfindən hücuma məruz qalacaqları təqdirdə ABŞ-ın NATO ölkələrinə kömək etməyəcəyini, əksinə, Rusiyanı hücuma təşviq edəcəyi ilə bağlı son açıqlamasına C. Baydenin reaksiyası sərt olub.

Bayden bildirib ki, Trampın bəyanatı Konqresdən Ukraynanın Rusiyaya qarşı müdafiəsini dəstəkləmək üçün uzun müddətdir gözlənilən vəsait tələbinin qəbulunu daha təcili edib: “Bu qanun layihəsi dünən axşam Senatda qəbul olunmazdan əvvəl ABŞ-ın təhlükəsizliyi üçün risklər onsuz da yüksək idi. Ancaq son günlər bu risklər daha da artıb. Bunun səbəbi keçmiş prezidentin dünyaya təhlükəli - ABŞ-ın prinsiplərinə və inanclarına zidd olan şokedici bəyanat verməsidir”,- deyə Bayden əlavə edib.

Ukraynanı dəstəkləməməyin Rusiya prezidenti Vladimir Putini dəstəkləmək anlamına gəldiyini deyən Baydenin sözlərinə görə, onların hücumları Ukrayna sərhədlərini aşaraq Avropanın dərinliklərinə gedə bilər.

Xatırladaq ki, fevralın 11-də Cənubi Karolina ştatında seçkilərlə bağlı çıxışında Tramp NATO-ya az pul ödəyən üzv ölkələri müdafiə etməyəcəyini deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər