18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib - (Yenilənib)
Tarix: 16-02-2024 15:29 | Bölmə: Siyasət
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində vəfat edib - (Yenilənib)

Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib.

Onun ölüm səbəbi araşdırılır.

A. Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında saxlanılırdı.

Xatırladaq ki, 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi Navalnıya 19 il həbs cəzası vermişdi. O, ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist fəaliyyətə ictimai çağırışlarda və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinirdi.

***

Federal Penitensiar Xidməti Aleksey Navalnının cəzaçəkmə müəssisəsində ölümünü araşdırır.


Reyting.az xəbər verir ki, bunu Kremlin sözçüsü D. Peskov A. Navalnının ölümünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti V. Putin A. Navalnının ölümü barədə məlumatlandırılıb.

Kremlin sözçüsü məlum hadisə ilə bağlı xüsusi təlimatlara ehtiyac olmadığını və ölüm səbəbini həkimlərin müəyyən etməli olduğunu bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}