18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Olaf Şolts: “Azərbaycan və Ermənistan razılığa gəliblər”
Tarix: 17-02-2024 20:19 | Bölmə: Siyasət
Olaf Şolts: “Azərbaycan və Ermənistan razılığa gəliblər”

“Ermənistan və Azərbaycan açıq məsələləri yeni zorakılıq olmadan həll etmək barədə razılığa gəliblər”.

Reyting.az
xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “X” mikrobloqunda yazıb.

“Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır. Mən bunu hər iki ölkə ilə danışıqlar zamanı təsdiqlədim. Yaxşı haldır ki, hər iki tərəf yeni zorakılıq olmadan açıq məsələləri həll etməyə razılaşıb”,- kansler qeyd edib.

Qeyd edək ki, fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}