İran prezidenti ABŞ-ı soyqırımda ittiham edir
Tarix: 21-02-2024 17:23 | Bölmə: Siyasət
İran prezidenti ABŞ-ı soyqırımda ittiham edir

“ABŞ dünyanın şər mərkəzidir və Qəzza zolağında cinayətlərin və soyqırımın əsas təqsirkarıdır. Bu cinayətlərin davam etməsinə görə məsuliyyəti ABŞ daşıyır və dünya bu hərəkətləri pisləməlidir”.

Reyting.az
xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.

İran prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İbrahim Rəisi BMT Təhlükəsizlik Şurasının Fələstin anklavında dərhal atəşkəs tələb edən Yaxın Şərq qətnamə layihəsinə veto qoyan ABŞ-ı sərt ittiham edib.

Qeyd edək ki, Əlcəzairin təqdim etdiyi qətnamə layihəsində Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb olunur. O, həmçinin fələstinli mülki şəxslərin məcburi köçkünlüyünü rədd edir və Fələstin probleminin iki dövlətli həllinə sadiqliyini vurğulayır.

Xatırladaq ki, fevralın 20-də BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü Rusiya və Çin də daxil olmaqla, qətnamə layihəsinin lehinə olub, Böyük Britaniya isə bitərəf qalıb. Amma ABŞ veto hüququndan istifadə edərək sənədin qəbulunu əngəlləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}