Rus ordusu Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib - Fotolar
Tarix: 22-02-2024 15:09 | Bölmə: Siyasət
Rus ordusu Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Donetskin cənub-qərbində yerləşən Pobeda kəndini ələ keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmları İnstitutu (ISW) geolokasiya kadrlarına istinadla məlumat yayıb.

Ukrayna tərəfi hələlik kəndin ələ keçirilməsini şərh etməyib.

Xatırladaq ki, Rusiya və bəzi Ukrayna mənbələri Ukrayna Silahlı Qüvvələrinin fevralın 20-də bəzi ərazilərdən geri çəkildiyini bildirib. Eyni zamanda, Rusiya Federasiyasından olan həmsöhbətlər deyiblər ki, 225-ci qvardiya motoatıcı alayı Müdafiə Qüvvələrini kənddəki mövqelərindən sıxışdırıb çıxardıqdan sonra kənd ələ keçirilib.



Rusiya milibloqçularının məlumatına görə, Ukrayna hərbçiləri Pobedanın qərbində yerləşən təpələrdəki mövqelərə çəkiliblər. Ehtimal olunur ki, ruslar Konstantinovka və ya Georgiyevka istiqamətində irəliləyəcək.

Təhlilçilərin fikrincə, kəndin tutulması ruslara bu yaxınlarda ələ keçirilən Maryinka və Pobedadan Konstantinovkaya uzanan O0532 şossesini kəsməyə imkan verib. Rus ordusu bu istiqaməti seçsə, yol boyu irəliləyə bilər.



Rusiya Federasiyasından olan bəzi milibloqçuların sözlərinə görə, kəndin ələ keçirilməsi rus ordusuna Uqledar istiqamətində hücumu davam etdirməyə və Ukrayna Silahlı Qüvvələrinin şəhərə aparan yerüstü rabitə xətlərini kəsməyə imkan verəcək.

İddialara görə, ruslar Krasnoqorovkanın cənub kənarına qədər irəliləyiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}