Bayden Navalnının xanımı və qızı ilə görüşüb
Tarix: 23-02-2024 08:48 | Bölmə: Siyasət
Bayden Navalnının xanımı və qızı ilə görüşüb

ABŞ prezidenti Co Bayden San-Fransiskoda Yuliya və Daşa Navalnı ilə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ prezidenti Co Bayden müxalifət lideri Aleksey Navalnının Rusiya həbsxanasında ölümü səbəbindən verdikləri böyük itkiyə görə ailəyə başsağlığı verib.

“Prezident Aleksey Navalnının qeyri-adi cəsarətinə və korrupsiyaya qarşı mübarizədə və qanunun aliliyinin hamıya eyni dərəcədə şamil olunduğu azad və demokratik Rusiyaya görə onun irsinə heyran olduğunu bildirib. Prezident vurğulayıb ki, Alekseyin irsi bütün dünya xalqları tərəfindən davam etdiriləcək. Onun itkisinə azadlıq, demokratiya və insan haqları uğrunda mübarizə aparan Rusiya və dünyanın hər yerində yas tutulur”, - məlumatda deyilir.

Bayden təsdiqləyib ki, onun administrasiyası Alekseyin ölümünə, Rusiyanın repressiya və təcavüzünə, Ukraynadakı amansız və qeyri-qanuni münaqişəyə cavab olaraq Rusiyaya qarşı yeni böyük sanksiyalar elan edəcək.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı Rusiya koloniyalarından birində ölüb. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Qərbi Navalnının ölümü ilə bağlı “sərsəm bəyanatlar verməkdə” ittiham edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}