Zelenski Ərdoğandan kömək gözləyir
Tarix: 26-02-2024 09:18 | Bölmə: Siyasət
Zelenski Ərdoğandan kömək gözləyir

Ukrayna prezidenti Vladimir Zelenski gözləyir ki, Türkiyə taxıl dəhlizinin genişləndirilməsi üçün Nikolayev vilayətinin limanlarının blokdan çıxarılmasına diplomatik səviyyədə kömək edəcək.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna dövlət başçısı “İl 2024” Forumu çərçivəsində deyib.

“Yeni taxıl sazişinə gəlincə, mən prezident Ərdoğana dediyim kimi, biz bu dəhlizlərin genişləndirilməsinin tərəfdarıyıq. Əgər əlavə marşrut görünsə, minnətdar olacağıq, lakin hazırda işləyənə alternativ axtarmırıq”, - deyə Zelenski bildirib.

Ukrayna lideri əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının göndərilməsi üçün Nikolayev limanının açılmasında Ukraynaya kömək edə bilər.

“Biz dənizin açılması üçün danışdıq. Nikolayev bölgəsi də bizim üçün çox önəmlidir. İndi mən bilirəm ki, Türkiyə BMT-nin Baş katibi Quterreşlə Qara dənizdə sərbəst naviqasiya imkanlarını müzakirə edib. Biz belə bir söhbətə hazırıq”,- Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna hesab edir ki, bu məsələni ilk “Sülh Sammiti”ndə həll etmək olar. Zelenski Ərdoğanın bu sammitdə iştirakını gözləyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər