Rəsmi Ankara: "Xocalıda məsum insanlara qarşı qətliamı lənətləyirik"
Tarix: 26-02-2024 09:35 | Bölmə: Siyasət
Rəsmi Ankara: "Xocalıda məsum insanlara qarşı qətliamı lənətləyirik"

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırmının ildönümü ilə bağlı paylaşım edib.

Reyting.az
xəbər verir ki, paylaşımda deyilir:

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum insanlara qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib".

Paylaşımda daha sonra Xocalıda ermınilərin 613 nəfəri qətl etməsinə toxununlub və xalqımıza başsağlığı verilib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər