Prezidenti qardaşının ölümündə şübhəli hesab etdilər
Tarix: 16-11-2018 10:54 | Bölmə: Siyasət
Prezidenti qardaşının ölümündə şübhəli hesab etdilər

Ukrayna prezidenti Pyotr Poroşenkonun doğma qardaşı Mixailin öldürülməsində əlaqəsi ola bilər.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bu fikri “Açıq efir” proqramında publisist Konstantin Dolqov bəyan edib.

Onun sözlərinə görə, dövlət başçısı Moldovada mütəşəkkil cinayət qruplaşmalarla bağlı olub və hətta özü də quldur çəkişmələrində iştirak edib.

Dolqov Poroşenkonun Moldovanın mütəşəkkil cinayəyətkar qruplaşma liderlərindən biri Pyotr Madanla əlaqələrinin olduğunu sübut edən sənədləri təqdim etməyə də hazırdır.

Onun iddiasına görə, onlar ölkədəki iri şirkətlərin səhmlərini özününküləşdiriblər.

Poroşenko və Madanın iştirak etdiyi kriminal çəkişmənin qurbanı, onun sözlərinə görə, səhmlərini verməyə məcbur edilən 50 mindən çox adam olub. Qruplaşma üvlərinə qarşı 4 cinayət işi qaldırılıb. Ancaq Poroşenko o zaman – 2004-cü ildə Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasına rəhbərlik edib. O, iddia edir ki, guya Poroşenko araşdırmalara rəvac verməmək üçün Moldova prezidentinin yanına da gedib.

Onun sözlərinə görə, kriminal aləmlə bağlı olan Ukrayna prezidentinin böyük qardaşı 1997-ci iman ldə Qahirədə ölüb. Bu, o zaman baş verib ki, Poroşenko və Madan gəlirləri bölmək məsələsində razılığa gələ bilməyiblər. Publisist hesab edir ki, Ukrayna prezidentinin qardaşının ölümü ilə bağlılığı ola bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər