Ermənistan parlamentinin spikeri Rusiyanı ittiham edir
Tarix: 27-02-2024 13:39 | Bölmə: Siyasət
Ermənistan parlamentinin spikeri Rusiyanı ittiham edir

“Mən rus sərhədçilərinin Zvartnots aeroportundan çıxarılmasının müzakirəsində iştirak etməmişəm, amma düşünürəm ki, onlar ordan getsələr, yaxşıdır”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün, erməni jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, sərhədlərini Ermənistan özü qoruyacaq. “Ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Sən əminsən? Bir neçə dəfə təsdiqlənib ki, onlar qorumayıb, sərhədləri daha həssas etmək üçün hər şeyi ediblər. Qarabağa gəliblər, nə ediblər? Erməni xalqını müşaiyət etdilər, onları belə qoruyurlar? Deməli, bir gün bizi də Zvartnotsdan çıxaracaqlar?” – deyə Simonyan proqnozlaşdırıb.

Jurnalistin rus hərbçilərinin Nerkin Xanda hansı əsasda dayanması ilə bağlı sualına Alen Simonyan belə cavab verib:

“Hüquqi bazadan xəbərim yoxdur, amma deməliyəm ki, bu da müzakirə mövzusudur”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}