Simonyan: “Mən Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyiləm”
Tarix: 27-02-2024 15:06 | Bölmə: Siyasət
Simonyan: “Mən Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyiləm”

Türkiyə Böyük Millət Məclisi sədrinin Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı olmadığını deməsi Ermənistan-Azərbaycan danışıqlarına təsir göstərə bilər.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Bu bəyanatda ritorikanı bir kənara qoysaq, məzmun baxımından bütün ölkələr bir-biri ilə sülh şəraitində yaşamalıdır və mən Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyiləm. Əgər kimsə başqa variant təklif edərsə, mən buna qulaq asmağa belə hazır deyiləm”, - Simonyan əlavə edib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var. “Görüşürlərsə, demək ki, var”,- deyən spiker bir çox məsələlərdə geriləmə olduğunu vurğulayıb.

“Danışıqlar zamanı tez-tez olur ki, biz onlarla nəsə razılaşırıq, sonra kağıza baxırıq və görürük ki, bu hissə dəyişdirilib. Amma bu o demək deyil ki, biz danışıqları davam etdirməməliyik və həll yollarını axtarmamalıyıq”, - deyə A. Simonyan yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}