28 lider Ukrayna məsələsində ortaq mövqeyə gələ bilməyib
Tarix: 27-02-2024 15:18 | Bölmə: Siyasət
28 lider Ukrayna məsələsində ortaq mövqeyə gələ bilməyib

Parisdə keçirilən görüşdə 28 ölkənin nümayəndələri Ukraynaya hərbi personal göndərilməsi ideyasını müzakirə ediblər. Amma bu məsələdə ortaq mövqeyə gəlmək mümkün olmayıb.

Reyting.az
xəbər verir ki, Polşa radiosu ölkə başçısı Anjey Dudadan sitat gətirib:

“Ən qızğın müzakirə Ukraynaya əsgər göndərilməsi məsələsi ətrafında oldu. Amma heç bir razılıq əldə edilmədi”.

Təfərrüatlara gəlincə, Polşa prezidenti əlavə edib ki, ayrı-ayrı ölkələr Ukraynaya hansı yardımı göstərəcəklərinə özləri qərar verirlər.

Xatırladaq ki, Avropa İttifaqının liderləri, ABŞ və Kanadanın nümayəndələri fevralın 26-da Parisdə toplaşıblar. Onların məqsədi Avropanın Ukraynanı dəstəkləmək qərarını bir daha Rusiya prezidenti Vladimir Putinin diqqətinə çatdırmaq olub.

Eyni zamanda Fransa prezidenti bildirib ki, gələcəkdə Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}