Yunanıstanın baş naziri Paşinyanla görüşüb: "Ərazi bütövlüyünə hörmət prinsipinə sadiqik"
Tarix: 27-02-2024 17:53 | Bölmə: Siyasət
Yunanıstanın baş naziri Paşinyanla görüşüb: "Ərazi bütövlüyünə hörmət prinsipinə sadiqik"

"Burada (Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı – red.) yanaşmamız ümumidir, birmənalı olaraq güc təhdidi və ya tətbiqinin əleyhinəyik. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə sadiqik. Hesab edirik ki, fikir ayrılıqları yalnız sülh yolu ilə həll edilməlidir".

Bunu Afinada erməni həmkarı Nikol Paşinyanla görüşündə Yunanıstan baş naziri Kiriakos Mitsotakis deyib.

“Diplomatiya nöqteyi-nəzərindən Yunanıstan Azərbaycanla sülh müqaviləsi bağlamaq və qəbul etmək üçün həmişə sizin yanınızda olacaq. Ancaq Ermənistan və Azərbaycan arasında sabit razılaşma Cənubi Qafqazda daha yaxşı gələcəyə yol aça bilər”, - yunan baş nazir vurğulayıb.

Mitsotakis qeyd edib ki, sülh regionun münaqişə zonasından Körfəz ölkələrini Aralıq dənizi ölkələri ilə birləşdirən ticarət mərkəzinə çevrilməsinə imkan verəcək: “Yalnız ümumi rifah silahları susdura bilər”(Teleqraf)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}