Ağ ev: “Ukrayna ruslara məğlub ola bilər”
Tarix: 28-02-2024 09:46 | Bölmə: Siyasət
Ağ ev: “Ukrayna ruslara məğlub ola bilər”

“Ukraynadakı döyüş meydanında vəziyyət çox ağırdır”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bəyan edib.

“Ukraynalı əsgərlər harada və nə ilə atəş açacaqları ilə bağlı çox çətin qərarlar qəbul edirlər. Çünki onların sursatları tükənir. Yəni vəziyyət çox dəhşətlidir”,- deyə C. Kirbi bildirib.

Onun sözlərinə görə, “vaxt möhürü” qoyub demək olmaz ki, hansısa gün Ukrayna müharibəni uduzacaq, lakin onun ordusu Rusiyanın işğalı səbəbindən ərazilərini itirməyə başlayıb.

“Biz Ukraynaya kömək etməliyik. Hətta artıq müəyyən mənada gecikmişik. Ukraynalılar Avdeevka şəhərini döyüş sursatına görə itiriblər. Bu hal artıq döyüş meydanına dramatik təsir göstərir”,- C. Kirbi qeyd edib.

Xatırladaq ki, respublikaçılar və demokratlar arasında yaranan fikir ayrılıqları səbəbindən ABŞ bir neçə aydır Ukraynaya əlavə yardımın göstərilməsinə razılıq verə bilmir. Dünən ABŞ prezidenti Co Bayden Konqres liderləri ilə görüşüb. O, Ukraynanın hərəkətə keçməməsinin ağır nəticələrini açıqlayıb, həmçinin onları hökumətin maliyyələşdirilməsini təsdiqləməyə çağırıb.

E.KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}