Konqres Ukraynaya yardım məsələsinə oktyabrda baxa bilər
Tarix: 01-03-2024 08:45 | Bölmə: Siyasət
Konqres Ukraynaya yardım məsələsinə oktyabrda baxa bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Amerika hökumətinin maliyyələşdirilməsi davam etdikdən sonra Ukraynaya yardımın göstərilməsi məsələsinə baxılacaq.

Reyting.az
xəbər verir ki, Conson bunu ABŞ mediasına deyib.

“Nümayəndələr Palatası bütün mövcud variantları nəzərdən keçirir. Hökumət maliyyə alan kimi biz bu məsələyə qayıdacayıq”, - M. Conson Avropanın 23 dövlət başçısının çağırışı ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətə bağlanmadan qaçmağa imkan verəcək qısamüddətli büdcəni təsdiqləyib. Sənəd Senata, daha sonra isə ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Oktyabrın 1-dən başlayan maliyyə ilində ABŞ federal agentliklərinin fəaliyyətini davam etdirmək üçün müvəqqəti maliyyələşdirmə tələb olunur. Bu proses martın 22-dək davam edəcək. Bu müddət ərzində qanunvericilər nəhayət, 2024-cü il üçün daimi büdcələri, o cümlədən Ukraynaya yardımı razılaşdırıb qəbul etməlidirlər.

Xatırladaq ki, fevralın 13-də ABŞ Senatı Ukraynaya maliyyə yardımı ilə bağlı qanun layihəsini dəstəkləyib, lakin Nümayəndələr Palatası hələ də onu qəbul etməyib. Fevralın 27-də prezident C. Bayden məsələni müzakirə etmək üçün Konqres nümayəndələri ilə görüşüb. Bundan əlavə, 23 ölkənin parlamentlərinin spikerləri və Avropa Parlamentinin rəhbəri Roberta Metsola Mayk Consonu qanun layihəsini təqdim etməyə çağırıb. Bu gün məlum olub ki, Nümayəndələr Palatasının spikeri M. Conson Ukraynaya yardımı ehtiva edən qanun layihəsini təqdim etməyəcək, çünki orada sərhəd təhlükəsizliyi ilə bağlı müddəalar yoxdur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}