Politoloq: “Top yenə Ermənistanın meydanındadır"
Tarix: 02-03-2024 13:48 | Bölmə: Siyasət
Politoloq: “Top yenə Ermənistanın meydanındadır"

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu -2024”-ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək”, - deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. Bu o deməkdir ki, İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırmaq siyasəti nəticə vermədi".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, əslində, Ankaranın bu siyasəti Ermənistanın baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalı və o, erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusu ilə problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir.

E. Şahinoğlu qeyd edib ki, Antalya forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı olub: "Mesaj belədir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da Antalyadakı Forumda çıxış edərkən, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}