18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Almaniya ilə Rusiya arasında yeni gərginlik yaranıb
Tarix: 04-03-2024 09:53 | Bölmə: Siyasət
Almaniya ilə Rusiya arasında yeni gərginlik yaranıb

Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbi rəsmiləri arasında cümə günü keçirilən görüşün qeydlərini Rusiya mətbuatı dərc etdikdən sonra Almaniya-Rusiya münasibətləri daha da gərginləşib.

Reyting.az
xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius Rusiyanın bu hərəkətini tənqid edib.

Nazir deyib ki, Rusiya tərəfi bu səs yazısından sabitliyi pozmaq və Almaniyanı narahat etmək üçün yararlanır. Buna baxmayaraq, o, ümid edir ki, Putin müvəffəqiyyət qazanmayacaq.

Yayılan məxfi məlumatların Rusiya prezidenti Putinin apardığı kəşfiyyat müharibəsinin bir parçası olduğunu iddia edən nazir Pistoriusun fikrincə, orduda başqa heç bir sızıntı yoxdur.

Nazir əlavə edib ki, insidentlə bağlı istənilən qərarın verilməsi üçün hərbi araşdırmanın nəticəsini gözləmək lazımdır.

Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sosial mediada verdiyi açıqlamada “Almaniyadan açıqlama gözləyirik”,- ifadəsi işlədilib.

Xatırladaq ki, Rusiya mətbuatı Ukraynaya silah göndərilməsi ilə bağlı Almaniyanın yüksək rütbəli hərbçiləri arasında keçirilən görüşün səs yazılarını dərc edib. Almaniya Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada bununla bağlı genişmiqyaslı araşdırmaya başlanıldığı və bütün lazımi addımların atıldığı bildirilir.

Onu da qeyd edək ki, hadisədən sonra Almaniya kansleri Olaf Şolts səs yazılarının sızmasının “çox ciddi” məsələ olduğunu deyib. “Bu məsələ çox diqqətlə, çox intensiv və çox sürətlə aydınlaşdırılır”,- kansler əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}