18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib - Yenilənib
Tarix: 05-03-2024 15:33 | Bölmə: Siyasət
Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib.

Reyting.az
-ın xəbərinə görə, əsgər Ruslan Pənahov bu gün Azərbaycana təhvil verilib.

***

“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə qayıtdığıma görə çox xoşbəxtəm”.

APA xəbər verir ki, bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:

“Bilirdim ki, məni əsirlikdən xilas edəcək".

Qeyd edək ki, dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}