18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ukrayna prezidentinin kortejinə raket zərbəsi endirilib
Tarix: 06-03-2024 18:33 | Bölmə: Siyasət
Ukrayna prezidentinin kortejinə raket zərbəsi endirilib

Rusiya Odessada Ukrayna prezidenti Vladimir Zelenskinin kortejinə raket zərbəsi endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Yunanıstanın “Proto Thema” qəzeti Yunanıstan hökumətindəki anonim mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, raket zərbələri Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin şəhərə səfəri zamanı baş verib.

Qəzet yazır ki, zərbə Zelenskinin korteji Yunanıstan nümayəndə heyətinin yanında olarkən vurulub.

Nəşrin mənbələri Yunanıstan nümayəndə heyətindən heç kimin xəsarət almadığını bildirib.

Hökumət mənbələrinin məlumatına görə, baş nazir və Yunanıstan nümayəndə heyəti üçün təhlükəsizliklə bağlı heç bir narahatlıq yoxdur.

Yunanıstanın dövlət naziri Stavros Papastavru nəşrə açıqlamasında "Hamımız yaxşıyıq", - deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}