18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ağ ev Ukraynaya əlavə yardımla bağlı araşdırma aparır
Tarix: 07-03-2024 09:45 | Bölmə: Siyasət
Ağ ev Ukraynaya əlavə yardımla bağlı araşdırma aparır

ABŞ döyüş meydanındakı vəziyyəti nəzərə alaraq Ukraynaya kömək etmək üçün əlavə variantlar axtaracaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.

“Biz əlavə maliyyə təminatı üçün Konqreslə işləməyə davam edəcəyik. Bu, çox vacibdir! Biz həmçinin mümkün töhfələr üzərində müttəfiqlər və tərəfdaşlarla işləyirik. Bu o demək deyil ki, onlar bunu etmirlər. Amma biz onların daha nələr edilə biləcəklərinin üzərində işləyirik. Və təbii ki, biz öz sistemimizdə, öz hökumətimizdə və bütün administrasiyada Ukraynanı dəstəkləmək üçün edə biləcəyimiz başqa bir şeyin olub-olmadığını araşdırırıq”, - deyə o izah edib.

Eyni zamanda, Bayden administrasiyasının B planının olub-olmaması ilə bağlı suala Kirbi, istifadə edə biləcəkləri bütün imkanları hər zaman nəzərdən keçirdiklərini deyib: “Amma onlar nə olursa-olsun, əlavə maliyyə tələbi qədər yaxşı olmayacaqlar. Bunun əvəzi yoxdur. Dəfələrlə dediyim kimi, əlavə maliyyənin təmin edə biləcəyi heç bir sehrli mənbə yoxdur. Biz variantları nəzərdən keçiririkmi? Mütləq. Yerdəki, xüsusən də şərqdəki (Ukrayna) vəziyyəti nəzərə alaraq, bunu etməliyik”, - Ağ evin sözçüsü əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}