18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ararat Mirzoyan reallıqları təhrif edir
Tarix: 07-03-2024 16:28 | Bölmə: Siyasət
Ararat Mirzoyan reallıqları təhrif edir

Ermənistan tərəfi Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.

Reyting.az
-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyindəki müsahibəsinə münasibət bildirərkən deyib.

A. Hacızadə bildirib ki, Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə yaratması, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir.

Qeyd edək ki, Ararat Mirzoyan “Anadolu” agentliyinə müsahibəsi zamanı, Azərbaycan-Ermənistan sülh prosesi, ərazi bütövlüyünün və suverenliyin tanınması və kommunikasiya xəttlərinin açılması ilə bağlı bir sıra məsələlərə toxunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}