Ukraynanın keçmiş prezidenti xəstəxanaya düşüb
Tarix: 18-11-2018 17:27 | Bölmə: Siyasət
Ukraynanın keçmiş prezidenti xəstəxanaya düşüb

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 3 həftəyə yaxıb xəstəxanada olacaq və dövlətə xəyanət işi üzrə məhkəmədə son söz deməyəcək.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda onun vəkili Aleksandr Qoroşinski məlumat verib.

Onun sözlərinə görə, vəkillər məhkəmə üçün vacib arayışları toplayırlar.

“O, hərəkət edə bilmir, onun lanqetkası var. Həkimlərin dediyinə görə, bu ağır zədədir, minimum 21 gün xəstəxanada yatmalıdır. Müvafiq sənədləri məhkəməyə təqdim edəcəyik”, - Qoroşinski söyləyib.

Yanukoviç noyabrın 16-da Moskvadakı Sklifosof adına klinikaya yerləşdirilib.

Rusiya KİV-lərinin məlumatına görə, dövlətə xəyanətdə ittiham olunan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç klinikaya dizindəki, eləcə də onurğa sütunundakı zədə şübhəsi ilə daxil olub.

Xatırladaq ki, noyabrın 19-da Kiyevin Obolon məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Yanukoviçin son söz deməsi planlaşdırılırdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər