Ermənistan Avropa İttifaqını seçir
Tarix: 09-03-2024 17:20 | Bölmə: Siyasət
Ermənistan Avropa İttifaqını seçir

Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı aktiv müzakirələr aparılır.

Reyting.az
-ın xəbərinə görə, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, hakimiyyət yeni imkanları, həmçinin Avropa İttifaqına daxil olmaq imkanlarını müzakirə edir.

Nazir qeyd edib ki, hələlik bu prosesin nəticəsini “heç kim əminliklə proqnozlaşdıra bilməz”.

“Son üç-dörd il ərzində məcburiyyətdən dolayı üzləşdiyimiz çağırışları nəzərə alıb Ermənistanla bağlı mövcud yeni fürsətləri fəal şəkildə müzakirə edirik. Bu məsələlər sırasında həm də Aİ-yə üzvlük ideyasının olduğunu desəm, sirr açmayacağam”, - Ermənistan XİN-nin rəhbəri “TRT World” Türkiyə kanalına müsahibəsində deyib.

Mirzoyanın sözlərinə görə, Aİ və Amerika Birləşmiş Ştatları Ermənistanda həyata keçirilən demokratik islahatları təşviq edir. Mirzoyan Ermənistan üçün tərəfdaşların və müttəfiqlərin dairəsinin genişləndirilməsini vacib hesab etdiyini bildirib. “Biz Aİ və ABŞ ilə münasibətləri dərinləşdirir və ənənəvi əlaqələri qoruyub saxlayırıq. Məsələn, biz Şərqə də baxırıq. Biz Hindistanla əlaqələr qururuq... Qonşularımızla münasibətləri tənzimləmək də prioritet məsələdir”, - deyə XİN rəhbəri əlavə edib.

Nazir qeyd edib ki, Ermənistan “Aİ-nin mümkün hesab etdiyi qədər Aİ-yə yaxınlaşmaq” niyyətindədir.

Xarici işlər naziri Azərbaycanı da xatırladıb. O bildirib ki, İrəvanla Bakı bir neçə dəfə və Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə ən yüksək səviyyələrdə danışıqlar aparıb.

Nazir bu həftə Ermənistan və Azərbaycan arasında sülhün bağlanmasının mümkünlüyünü də açıqlayıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}