Türkiyədə terror aktları hazırlayan 33 nəfər saxlanılıb - Foto
Tarix: 10-03-2024 14:04 | Bölmə: Siyasət
Türkiyədə terror aktları hazırlayan 33 nəfər saxlanılıb

Türkiyənin şimal-qərbindəki Sakarya vilayətində martın 31-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya “X” məlumat paylaşıb.

Nazir qeyd edib ki, Sakaryada "İslam Dövləti" ekstremist qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində 33 şübhəli yaxalanıb: “Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror aktları törətmək imkanlarını öyrənirdilər. Həmin şəxslər terrorizmin maliyyələşdirilməsi fəaliyyətləri kontekstində qruplaşma üçün maliyyə yardımı ilə məşğul olublar. Həmçinin müəyyən edilib ki, onlar qanunsuz mollaxanalar və mədrəsələr adı altında fəaliyyət göstəriblər”.

Reydlər zamanı polis dövlət qeydiyyatı olmayan silah-sursat, dörd tapança və iki ov tüfəngi götürüb. Külli miqdarda xarici valyuta, terror qruplaşmasının qadağan olunmuş materialları və daxili sənədlər də müsadirə edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}