Rusiya NATO-nun hipotetik hücumuna hazırlaşır
Tarix: 11-03-2024 09:53 | Bölmə: Siyasət
Rusiya NATO-nun hipotetik hücumuna hazırlaşır

Rusiya NATO-nun böyük raket zərbəsini dəf etməyə hazır deyil. Rusiyalı analitiklər də bu fikri bildirir.

Reyting.az
-ın məlumatına görə, bu barədə Rusiyanın “Hərbi Düşüncə” jurnalı yazıb.

Bildirilir ki, “ehtimal olunan düşmənin” Rusiyanın mühüm obyektlərinə güclü raket zərbələri endirdiyi hipotetik ssenari araşdırılır.

Nəşr qeyd edir ki, NATO-nun tətbiq etdiyi kütləvi zərbələr strategiyası Rusiyanı nüvə silahından istifadəyə məcbur edə bilər.

Məqalənin sonunda müəlliflər Rusiya Aerokosmik Qüvvələrinin missiyalarını və avadanlıqlarını genişləndirməyi tövsiyə edirlər. Xüsusilə, rusiyalı ekspertlər daha təkmil PUA və digər silahların hazırlanmasını, avtomatlaşdırılmış atəşə nəzarət sisteminin yaradılmasını (ehtimal ki, süni intellektə əsaslanır), həmçinin kəşfiyyat, aviasiya texnikası, aerodromlar və digər kompleks dəstək növlərinin təkmilləşdirilməsini istəyirlər.

Rusiyalı analitiklərin məqaləsini şərh edən Amerikanın “Business Insider” nəşri bunu NATO ölkələrinin “Şimal cavabı 2024” irimiqyaslı hərbi təlimlərinin başlaması ilə əlaqələndirir.

Xatırladaq ki, Norveç, İsveç və Finlandiyada 11 gün davam edəcək manevrlərdə 20 mindən çox hərbçi, 50 gəmi və 100 təyyarə iştirak edir.

“Business Insider” həmçinin qeyd edir ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədə quru qoşunlarını dəstəkləməkdə müəyyən uğur qazansa da, ümumilikdə “təəccüblü dərəcədə təsirsiz” olduğunu sübut edib.

Bildirilir ki, Avropa Rusiya ilə mümkün müharibə təhlükəsindən getdikcə daha çox xəbərdar olur. Məsələn, Almaniyanın müdafiə naziri Boris Pistorius “ən pis ssenariyə” hazırlaşmağın vacibliyi barədə xəbərdarlıq edib. Almaniyada hökumət analitiklərinin Rusiyanın NATO ölkələrinə qarşı müharibəsinin başlamasının necə görünə biləcəyinə dair əsas ssenari hazırladığı ortaya çıxıb. Alman ekspertləri deyirlər ki, ən pis ssenaridə ruslar hətta Almaniyaya da girə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}