Orban Trampı yenidən ABŞ prezidenti görmək istəyir
Tarix: 11-03-2024 12:28 | Bölmə: Siyasət
Orban Trampı yenidən ABŞ prezidenti görmək istəyir

Macarıstanın baş naziri Viktor Orban yerli “M1” telekanalına müsahibə verib. Baş nazir deyib ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarında keçiriləcək seçkilərdə prezident kimi səs alıb qalib gələrsə, o, Ukrayna üçün nəzərdə tutulmuş yardımı dayandıracaq və bu ölkəyə “bir sent də verməyəcək”.

Orbanın fikrincə, hərbi yardımın kəsilməsi müharibəni dayandırmağa kömək edəcək.

Reyting.az xəbər verir ki, Macarıstanın hökumət başçısı Ukraynadan danışarkən deyib: “Amerika maddi yardımı kəsərsə, Avropa ölkələri bu müharibəni tək maliyyələşdirə bilməyəcəklər, o zaman isə Ukraynada müharibə bitəcək”.

V. Orbanın sözlərinə görə, demokratları təmsil edən ABŞ prezidenti Co Baydenin administrasiyası, Avropa İttifaqı, əsasən də Avropa Birliyinin üzv dövlətlərinin rəhbərliyi “müharibə tərəfdarıdır”.

V. Orban həm də Trampdan danışıb:

“Donald Tramp sülh tərəfdarıdır, həmçinin Macarıstan da sülh tərəfdarıdır. Əsas fərq elə budur”.

Macarıstanın baş naziri vurğulayıb ki, D. Tramp seçkilərdə hələ tam qələbə qazanmasa da, ABŞ-ın Konqresdəki Respublikaçılar Partiyasındakı həmkarları artıq demokratların müharibəni maliyyələşdirməsinə mane olmağı bilirlər.

V. Orban martın 8-i axşam Floridadakı malikanəsində D. Trampla da görüşüb. Görüşdən sonra Macarıstanın baş naziri “X” sosial şəbəkəsində (Twitter) belə bir mətn yazıb:

“Bizə bütün dünyada hörmət edilən, sülhə nail olmağa qadir liderlər lazımdır. Və o (Tramp) belə insanlardan sadəcə biridir. Qayıdın və bizə sülh bəxş edin, cənab Prezident”.

D. Tramp isə öz “Truth” sosial şəbəkəsində Orbanı “görkəmli lider” adlandırıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}