KTMT Ermənistanı ondan ayrılmamağa çağırır
Tarix: 12-03-2024 09:28 | Bölmə: Siyasət
KTMT Ermənistanı ondan ayrılmamağa çağırır

Bəzi erməni elitaları arasında narahatlıq doğuran hisslərə baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan rəhbərliyinin siyasi ayıqlığına ümid edir və İrəvan müttəfiq olaraq qalır.

Reyting.az
xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

Onun sözlərinə görə, KTMT Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edir. “İcazə verin, vurğulayım ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır və bütün mövcud öhdəliklər qüvvədədir”, - baş katib KTMT-nin İrəvandan təşkilatda iştirakın dayandırılması üçün bəyanat gözlənildiyi ilə bağlı suala cavabında bildirib.

O, əlavə edib ki, həm özü, həm də katiblik təşkilatın qəbul etdiyi qaydalara və prosedurlara ciddi yanaşır: “Biz təbii ki, analitiklərimizin və onların əllərində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanın təşkilatla münasibətlərini təhlil edirik”.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dayandırdığını bildirib. O, Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}