Cəbhədə vəziyyət Rusiyanın xeyrinə dəyişir - ABŞ kəşfiyyatı
Tarix: 12-03-2024 09:52 | Bölmə: Siyasət
Cəbhədə vəziyyət Rusiyanın xeyrinə dəyişir - ABŞ kəşfiyyatı

Rusiya hərbi-sənaye kompleksi uzunmüddətli, yüksək intensivlikli müharibə aparmaq üçün geniş çeşiddə uzaqmənzilli zərbə silahlarının istehsalını gücləndirir.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika kəşfiyyatının ABŞ-nin üzləşdiyi təhlükələri qiymətləndirən illik hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, Rusiya müharibədə artıq 300 minə yaxın əsgərini, minlərlə tank və zirehli döyüş maşınını itirib.

Bundan əlavə, ruslar köhnəlmə, işçi qüvvəsi və mənəviyyat problemləri ilə üzləşiblər və bundan sonra da üzləşəcəklər. Lakin minalardan istifadə, hazırlanmış müdafiə mövqeləri və dolayı atəş onlara ötən il Ukrayna ordusunun hücum hərəkətlərini saxlamağa kömək edib.

Hesabatda deyilir: “Bu çıxılmaz vəziyyət Rusiyanın hərbi-strateji üstünlüklərinə təsir edir və vəziyyəti getdikcə Moskvanın xeyrinə yönəldir. Rusiya müdafiə sənayesi geniş çeşiddə uzaqmənzilli zərbə silahlarının, artilleriya sursatlarının və digər silahların istehsalını əhəmiyyətli dərəcədə artırır. Bu isə, zərurət yaranarsa, Rusiyaya uzunmüddətli, yüksək intensivlikli müharibə aparmaq imkanı verir”.

Bildirilir ki, 2023-cü ilin sonundan etibarən Rusiya ordusu döyüş meydanında yeni uğurlara imza atmaqla yanaşı, Qərbin Ukraynaya hərbi yardımının gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən də istifadə edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}