ABŞ Rusiyadakı prezident seçkilərinə müdaxilə edir
Tarix: 12-03-2024 20:15 | Bölmə: Siyasət
ABŞ Rusiyadakı prezident seçkilərinə müdaxilə edir

ABŞ-ı Rusiyadakı prezident seçkilərinə müdaxilədə ittiham edirlər.

Reyting.az
“İzvestiya” nəşrinə istinadla bildirir ki, belə bir ittihamı Rusiya Xarici Kəşfiyyat Xidməti irəli sürüb.

Kəşfiyyat Xidmətinin mətbuat bürosu bəyan edib ki, müxalif internet resursları Vaşinqtonun təhriki ilə rusiyalıları prezident seçkilərinə məhəl qoymamağa çağırır.

Qeyd olunur ki, ABŞ aparıcı İT mütəxəssislərinin iştirakı ilə məsafədən elektron səsvermə sisteminə kiberhücumlar həyata keçirməyi planlaşdırır və bununla seçicilərin əhəmiyyətli hissəsinin səslərinin hesablanmasını qeyri-mümkün etmək istəyirlər.

Bundan əlavə, bildirilir ki, ABŞ prezidenti Co Bayden administrasiyası Amerika QHT-lərinə seçkinin nəticələrini şübhə altına almaq üçün martın 15-17-də keçiriləcək səsvermədə seçici fəallığını azaltmağa çağırır.

Bu arada, “Reuters” Amerika rəsmilərinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya 400 milyon dollar məbləğində yeni hərbi yardım paketi hazırlayır. Bu, son aylarda ilk belə addımdır, çünki Kiyevə əlavə vəsaitin ayrılması Konqresdəki Respublikaçı liderlər tərəfindən əngəllənməkdə davam edir.

Rəsmilərdən biri deyib ki, paket son alışlar üçün Pentaqona qaytarılan kreditlər hesabına maliyyələşdirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}