Ərdoğan Putini Türkiyədə gözləyir
Tarix: 12-03-2024 22:58 | Bölmə: Siyasət
Ərdoğan Putini Türkiyədə gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfərinin ehtimal olunan tarixini açıqlayıb.

Reyting.az
“CNN Türk”-ə istinadla xəbər verir ki, prezident Ərdoğan bu barədə səfirlərlə söhbəti zamanı danışıb.

Ərdoğan Türkiyənin Qara dənizdəki qonşuları olan Rusiya və Ukrayna ilə dialoqu davam etdirdiyini bildirib.

“Seçkilərdən sonra biz Rusiya prezidenti cənab Putini qəbul edəcəyik. Biz taxıl ticarətinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün çalışırıq”, - deyə Türkiyə prezidenti əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}