Deputatlar Makronun strategiyasından narazıdır - Foto
Tarix: 13-03-2024 10:10 | Bölmə: Siyasət
Deputatlar Makronun strategiyasından narazıdır

Fransa Milli Assambleyası hökumətin Ukrayna ilə bağlı strategiyasını təsdiqləyib. Bu strategiyaya daha əvvəl ölkələrin prezidentləri tərəfindən imzalanmış ikitərəfli təhlükəsizlik sazişi daxildir.

Reyting.az
xəbər verir ki, 372 deputat “lehinə”, 99 deputat “əleyhinə” səs verib, daha 101 deputat bitərəf qalıb.

Bu məsələ çərşənbə günü Senatda müzakirəyə çıxarılmalıdır. Cümə axşamı, martın 14-də isə prezident Emmanuel Makron televiziyada Ukraynadakı müharibə ilə bağlı çıxış edəcək.

Səsvermədən əvvəl Fransanın baş naziri Qabriel Attal münaqişədə dönüş nöqtəsini elan edərək, Rusiyanın qələbəsinin “fransız xalqının gündəlik həyatı üçün real təhlükələr” yaratdığını qeyd edib. Onun fikrincə, səsvermədə bitərəf qalmaq tarix qarşısında məsuliyyətdən qaçmaq kimidir.



Amma ifrat sağçı Milli Ralli bitərəf qalıb. Marin Le Pen Makronun Ukraynaya qoşun yeritməsini, eləcə də Rusiyaya qarşı sanksiyaları istisna etmədiyi barədə açıqlamalarını tənqid edib.

Solçular da bu qanuna qarşıdır. Onlar həmçinin Ukraynanın Avropa İttifaqı və NATO-ya qəbul olunmasının əleyhinədirlər.

Kommunist Partiyasının lideri Fabien Roussel bildirib ki, Fransa işğalçıya qarşı mübarizədə Ukraynanı dəstəkləməlidir, lakin Rusiya ilə birbaşa müharibəyə girməmək üçün “qırmızı xətlərə” əməl etmək lazımdır. O, Ukrayna ilə razılaşmaya da qarşı çıxıb:

“Bu, Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını nəzərdə tutur. Biz bunun əleyhinəyik, xüsusən ona görə ki, bu məsələ müharibə edən tərəflər arasında gələcək danışıqların mərkəzində olacaq.

Mən əlavə edəcəyəm ki, Ukraynanın Avropa İttifaqına inteqrasiyası kənd təsərrüfatımıza və sənayemizə zərər verəcək, fransızlar tərəfindən kütləvi şəkildə rədd edilən sosial dempinqə səbəb olacaq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}