18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
“Abzas media”-nın direktoru və baş redaktoru ilə bağlı qərar verilib
Tarix: 14-03-2024 12:42 | Bölmə: Siyasət
“Abzas media”-nın direktoru və baş redaktoru ilə bağlı qərar verilib

“Abzas media”-nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb.

Reyting.az
xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 20-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Ü.Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.

Həmin iş çərçivəsində saxlanılan “Abzas media”-nın baş redaktoru Sevinc Vaqifqızının həbsi də 2 ay 29 gün müddətinə uzadılması barədə qərar qəbul olunub. Ötən ilin noyabr ayında onun barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. S.Vaqifqızı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}