ABŞ silah ehtiyatını artırmaq üçün 6,5 milyard ayırır
Tarix: 14-03-2024 23:11 | Bölmə: Siyasət
ABŞ silah ehtiyatını artırmaq üçün 6,5 milyard ayırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanı silahlandırmaq üçün prioritetlər müəyyən edib.

Reyting.az
xəbər verir ki, “Bloomberg” bunu ABŞ Müdafiə Nazirliyinin sənədinə istinadla yazıb.

Bildirilir ki, prezident Co Bayden administrasiyası qanunvericilərə ABŞ-nin silah ehtiyatını artırmaq, Ukraynaya göndərilmiş silahları əvəz etmək və “daha çoxunu əldə etməyə imkan yaratmaq” üçün 6,5 milyard dollarlıq prioritet müəyyənləşdirib.

Xatırlanır ki, 155 mm-lik artilleriya mərmiləri və havadan buraxılan anti-radar raketlərindən tutmuş gecəgörmə başlıqlarına qədər hər şeyi ehtiva edən tədarük, Rusiyanın işğalı ilə mübarizədə Ukraynaya kömək edəcək qanunun Konqresdə dondurulmuş qalması səbəbindən dayanıb.

Eyni zamanda, jurnalistlərin fikrincə, fevralın 24-də Konqresə göndərilən “Mövcud geriləmə əsasında prioritet doldurma nöqtələri” adlı sənəd Pentaqonun Nümayəndələr Palatasını Ukraynaya 60 milyard dollar məbləğində hərbi yardım göstərilməsi üçün aparılan kampaniyanın bir hissəsidir.

Konqresə göndərilən cədvələ əsasən, Müdafiə Nazirliyinin doldurma ilə bağlı təkliflərinə aşağıdakılar daxildir:

155 mm-lik mərmi komponentləri üçün 2,1 milyard dollar;

Əlavə HARM anti-radar raket komponentlərinin alınması üçün 915 milyon dollar;

“Patriot” ələ keçirən komponentlər üçün 797 milyon dollar;

Əlavə GMLRS silah komponentləri üçün 549 milyon dollar;

TOW tank əleyhinə raketlər və onların komponentləri üçün 348 milyon dollar;

Gecəgörmə cihazları üçün 308 milyon dollar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}