Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - (Yenilənib)
Tarix: 15-03-2024 12:25 | Bölmə: Siyasət
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - (Yenilənib)

İşğaldan azad edilmiş Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 562 ailənin, yəni 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Martın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}