Məhkəmə “Toplum TV”-nin həbsdəki əməkdaşları ilə bağlı qərar verib
Tarix: 15-03-2024 16:16 | Bölmə: Siyasət
Məhkəmə “Toplum TV”-nin həbsdəki əməkdaşları ilə bağlı qərar verib

"Toplum TV” işi ilə bağlı saxlanılanların apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə “Toplum TV”-nin təsisçiləri Ələsgər Məmmədli, Akif Qurbanov və digər şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərarlardan verilmiş şikayətlərə baxılıb. Məhkəmə şikayətləri təmin etməyib.

Xatırladaq ki, “Toplum TV”-nin təsisçiləri Akif Qurbanov, Ələsgər Məmmədli, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və digər şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}