Rusiyadakı prezident seçkilərində seçici fəallığı açıqlanıb
Tarix: 16-03-2024 23:03 | Bölmə: Siyasət
Rusiyadakı prezident seçkilərində seçici fəallığı açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərində seçici fəallığının 50 faizi ötdüyünü açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bildirib ki, martın 16-da Moskva vaxtı ilə saat 16:11-ə qədər səsverməyə gələn seçicilərin sayı 50 faizdən çox olub.

TASS xəbər verir ki, uzaq məsafədən elektron səsvermələr də daxil olmaqla MSK-nın hesablamalarına görə, artıq Moskva vaxtı ilə saat 16:20-yə olan seçici fəallığı 51,77 faiz təşkil edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri üçün əsas səsvermə üç gün ərzində - 15 martda başlayıb 17 martadək davam edəcək.

Rusiya prezidenti Vladimir Putin beşinci müddətə prezidentliyə öz namizədliyini irəli sürəndə Kreml seçici fəallığının 70-80 faiz olacağını bildirib.

Rusiya Mərkəzi Seçki Komissiyası isə artıq prezident seçkilərində seçici fəallığının 50 faizi keçdiyini açıqlayıb.

Müstəqil ekspertlər isə Rusiyada nüfuzlu siyasi rəqiblərin müxtəlif bəhanələrlə seçki prosesindən təcrid edildiyini əsas gətirməklə Vladimir Putinin qalıb elan ediləcəyini söyləyiblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}