Putin prezident seçkilərinin liderdir
Tarix: 18-03-2024 09:00 | Bölmə: Siyasət
Putin prezident seçkilərinin liderdir

Rusiyada seçki bülletenlərinin 99,1 faizi hesablanıb və hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.

Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 faizinin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 faiz, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31 faiz, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79 faiz, Leonid Slutski (RLDP) - 3,19 faiz səs toplayıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}