Rusiyada seçki: 87,1 milyondan çox vətəndaş səsvermədə iştirak edib
Tarix: 18-03-2024 13:34 | Bölmə: Siyasət
Rusiyada seçki: 87,1 milyondan çox vətəndaş səsvermədə iştirak edib

Rusiyada keçirilən prezident seçkiləri zamanı iştirak edən əhalinin fəallığı rekord həddə çatıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.

Rusiya Federasiyasında keçirilən prezident seçkilərində seçici fəallığının müasir Rusiya tarixində rekord göstərici hesab edən E. Pamfilovanın söylədiklərinə görə, vətəndaş fəallığı nəticəsində seçki məntəqələrinə 87,1 milyondan çox rusiyalı, yəni seçicilərin 77,44 faizi gəlib.

Pamfilova onu da qeyd edib ki, ölkədə üç gün davam edən səsvermə Səyyar seçici sistemi və seçici məlumatı ilə təmin edilib.

Qeyd edək ki, əvvəllər prezident seçkilərində ən yüksək fəallıq RSFSR prezidenti seçiləndə, yəni ilk dəfə 1991-ci ildə qeydə alınıb. Həmin vaxt seçici göstəricisi 74,66 faiz olub. Daha sonralar MSK 2008-ci ildə əvvəlki dövrlərə nisbətən rekord seçici fəallığının getdikcə artdığını və 69,81 faizdən çox olduğunu bildirmişdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}