İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir
Tarix: 19-03-2024 12:24 | Bölmə: Siyasət
İsrail və HƏMAS Dohada atəşkəsi müzakirə edir

Qəzza zolağında atəşkəs müzakirələri üçün İsrail və HƏMAS nümayəndə heyətləri Qətərin paytaxtı Dohaya gəlib. Nümayəndə heyətləri üzvlərinin eyni oteldə qalacağı bildirilir.

Reyting.az
xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, İsrail nümayəndə heyətinə kəşfiyyat xidmətinin (Mossad) rəhbəri David Barnean başçılıq edir.

HƏMAS nümayəndə heyəti ilə görüşlərin birbaşa deyil, dolayısı ilə keçiriləcəyi bildirilir. Qeyd olunur ki, danışıqların ən azı iki həftə davam edəcəyi və çətin atmosferdə keçəcəyi gözlənilir.

İsrail və HƏMAS nümayəndə heyətləri eyni oteldə qalsa da, heyətlər arasında birbaşa əlaqə olmayacaq və tələbləri vasitəçilər çatdıracaq.

Qeyd edək ki, İsrailin maliyyə naziri Bezalel Smotriç baş nazir Benyamin Netanyahudan İsrail nümayəndə heyətinin Qətərdə məhbus razılaşması danışıqlarına qatılmasını qadağan etməyə çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}