Qazaxıstan və Türkiyə Xəzər dənizi ilə bağlı mühüm müzakirə aparıb
Tarix: 19-03-2024 12:56 | Bölmə: Siyasət
Qazaxıstan və Türkiyə Xəzər dənizi ilə bağlı mühüm müzakirə aparıb

Qazaxıstan və Türkiyə nümayəndə heyətləri Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Reyting.az
-ın xəbərinə görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, nazir Çingiz Arinov paytaxt Astanada Türkiyə milli müdafiə nazirinin müavini Bilal Durdalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Müdafiə Nazirliyinə bağlı Hərbi Fabrik və Gəmiqayırma İdarəsinin (ASFAT) baş direktoru Behçet Karataşın da iştirak etdiyi görüşdə dənizdə təhlükəsizliyin təmin edilməsi, fövqəladə hallara müdaxilə edən gəmilərin və ehtiyatların qorunması istiqamətində əməkdaşlıq qiymətləndirilib.

Türkiyənin mühüm və etibarlı tərəfdaş olduğunu bildirən Arinov gəmiqayırma sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm element ola biləcəyini deyib. Arinov bildirib ki, onlar Xəzər dənizinin Qazaxıstan tərəfindəki hissələrində fövqəladə hallara dərhal reaksiya verə biləcək “peşəkar təcili xilasetmə xidməti” yaratmağı nəzərdən keçirirlər.

Nazir Arinov qeyd edib ki, bu işlərlə dənizdə və quruda müxtəlif əməliyyatlar, məsələn, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, neft dağılmaları, gəmi qəzaları və yanğınların aradan qaldırılması, xilasetmə işləri dərhal həyata keçirilə bilər. Türkiyə tərəfinin sözügedən xidmətin vəzifələrinə uyğun müasir texnologiyaların təqdim olunduğu görüşdə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}