Peskov: "Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir"
Tarix: 19-03-2024 15:05 | Bölmə: Siyasət
Peskov: "Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir"

"Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən deyib.

“Əlbəttə, diqqətlə izləyirik, lakin biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandırmaz: “Biz NATO-nun Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı başa düşürük və necə deyərlər, adi gözlə görünür”.

Qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}