Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-05-2016 12:00 | Bölmə: Siyasət
Qarabağ cəbhəsində baş verənlər və ondan sonra cərəyan edən proseslər müxtəlif aspektlərdə müzakirə olunmaqdadır. İctimai-siyasi düşərgədə Qarabağ ətrafında gedən proseslərlə bağlı fərqli mövqelər var.
MHP sədri Samir Turan Cəfərov reyting.az-a deyib ki, üç günlük müharibəni bəlli səbəblərdən dayandırmağımız bir daha sübut etdi ki, ermənilər atəşkəs rejiminə həmişəki kimi əməl etmək niyyətində deyillər: "Torpaqları işğal olunan bizik, əslində atəşkəs bizim xeyrimizə deyil. Lakin 25 ildir ki, Azərbaycan yenə də müharibə etmədən, insanların məhv olmaması üçün sülh yoluna üstünlük veməkdədir. Fəqət, ermənilərin sülh yolu ilə bu məsələnin həllinə birmənalı şəkildə yaxın durmamaları bizə bir yol qoyub - Müharibə!
Qarabağ hadisəsi münaqişə deyil. Münaqişə - əgər İrəvanda türklər də yaşasaydı, ermənilərlə türklər arasında savaş başlasaydı, yaxud da Ermənistan müdaxilə etməsəydi, Qarabağdakı ermənilərlə türklər arasında savaş olsaydı, onda buna münaqişə deyərdilər və hər iki dövlət, beynəlxalq təşkilatlar araya girib bu məsələni - münaqişəni həll etməyə çalışardılar. Kiprdəki və yaxud digər regionlardakı kimi. Biz buna necə və niyə münaqişə deməliyik? Bu, görünən və görünməyən tərəfləriylə müharibədir. Öncə Qərbi Azərbaycandan soydaşlarımızı bir nəfərə kimi deportasiya ediblər, sonra da Azərbaycanın ortasında əbədi-əzəli torpaqlarımızı - Qarabağı, digər rayonlarımızı işğal ediblər. Torpaqları işğal olunan biz, uduzan biz, sülh yoluna gəlməyən Ermənistan".
Partiya sədri onu da nəzərə çatdırıb ki, torpaqlarımızın sülh yolu ilə qaytarılacağına inanmır. Onun fikrincə, başqasının torpaqlarını işğal edən dövlət sülh anlamaz. Anlasaydı, zatən başqa dövlətin torpağına soxulmazdı:
"Bunun bir yolu var - müharibə edib torpaqlarımızı, hətta Zəngəzur da daxil olmaqla, almalıyıq.
Sualınızın özündə bu cavab var. Bu problemi yaradan da, davam etdirən də, bizə mane olan da Rusiyadır. Bunu hətta uşaqlar da bilir. Rusiyaya inanıb, etibar etməklə bu məsələnin həlli mümkün deyil. Mümkün olsa belə, Rusiya Azərbaycan üzərinə elə ağır şərtlər qoyar, elə boyunduruğa keçərik ki, sovet dönəmimizə şükür etməli olarıq. Müstəqilliyimiz isə bizim üçün ən böyük nemətdir".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər