Putin: “Krokus”a hücum edənlərin Ukraynaya qaçması üçün “pəncərə” hazırlanıb
Tarix: 23-03-2024 17:13 | Bölmə: Siyasət
Putin: “Krokus”a hücum edənlərin Ukraynaya qaçması üçün “pəncərə” hazırlanıb

“Moskva vilayətindəki “Crocus City Hall” konsert zalını atəşə tutan terrorçuların Ukraynaya qaçmaq üçün “pəncərə” hazırlanıb”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ruslara müraciəti zamanı deyib.

O, Ukraynaya doğru avtomobillə qaçmağa cəhd edən terror aktını törədən 4 nəfərin saxlanıldığını açıqlayıb.

Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, istintaq və hüquq-mühafizə orqanları “Crocus City Hall”da baş vermiş terror aktının bütün təfərrüatlarını müəyyənləşdirmək üçün hər şeyi edəcəklər.

Putin deyib: “Biz dinc əhalinin kütləvi qətli ilə üz-üzəyik. Cinayətkarlar bir vaxtlar nasistlərin etdiyi kimi soyuqqanlılıqla öldürmək, rusları uzaq məsafədən güllələmək üçün çıxıblar”.

Rusiya prezidenti qeyd edib ki, Moskvada və Rusiyanın digər regionlarında əlavə antiterror və təxribat əleyhinə tədbirlər tətbiq edilib: “Moskvada və Moskva vilayətində, ölkənin bütün bölgələrində əlavə antiterror və təxribat əleyhinə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır. Biz Rusiyaya qarşı bu hücumu hazırlayan hər kəsi müəyyənləşdirib cəzalandıracağıq. İşdə iştirak edənlərin hamısı cəzalandırılacaq”.

Putin həmçinin hakimiyyətin beynəlxalq terrorizmlə mübarizədə digər ölkələrlə qüvvələrini birləşdirməyə hazır olduğunu açıqlayıb. “Bizim borcumuz bir sırada olmaqdır. Heç kim və heç nə bizim birliyimizi və iradəmizi sarsıda bilməz”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}