Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb
Tarix: 24-03-2024 01:29 | Bölmə: Siyasət
Rusiya və daha bir neçə ölkədə milli matəm başlayıb

Martın 24-də Rusiyada Moskva yaxınlığındakı “Crocus City Hall”-da baş vermiş terror aktı qurbanları üçün ümummilli matəm elan edilib.

Reyting.az
xəbər verir ki, ölkədə dövlət bayraqları endirilib, əyləncə tədbirləri ləğv edilib. Federal televiziya kanalları əyləncə proqramlarını və reklamları efirdən yığışdırıb. "Yaxınlarını itirənlərlə birlikdə bütün ölkə, bütün xalqımız kədərlənir", - Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl deyib.

Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq Serb Respublikası, Nikaraqua və Abxaziyada da matəm elan edilib. Böyük Britaniya və Avstraliyanın Moskvadakı səfirliklərində dövlət bayraqları yarıya endiriləcək.

Xatırladaq ki, Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında terror aktı cümə günü axşam, martın 22-də Piknik qrupunun çıxışından əvvəl baş verib. Bir neçə kamuflyajlı şəxs binaya girərək insanlara atəş açıb, bundan sonra bir neçə partlayış səsi eşidilib və yanğın başlayıb. Terror aktının çoxsaylı qurbanı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}