Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
Tarix: 27-03-2024 12:26 | Bölmə: Siyasət
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 134 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

Reyting.az
xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}