Makron Ukrayna məsələsində özünü "Uşaq kralı" kimi aparır
Tarix: 29-03-2024 00:35 | Bölmə: Siyasət
Makron Ukrayna məsələsində özünü "Uşaq kralı" kimi aparır

Fransanın keçmiş müdafiə naziri Herve Morin Ukrayna ilə bağlı söylədiyi sözlərə görə prezident Emmanuel Makronu “Uşaq kralı” adlandırıb.

Reyting.az
-ın xəbərinə görə, H. Morin yerli "Le Point" nəşrinə müsahibəsində deyib ki, E. Makron özünü “Saray əyanları əhatəsində olduğu qaladan çıxmağa icazə verilməyən uşaq kral” kimi aparır.

Morinin fikrincə, Fransa prezidenti nüvə dövləti olan Rusiyanın mənasız təxribatlarına əl atır və əslində bu işin real vəziyyətini açıq şəkildə başa düşmür.

Keçmiş naziri respublika prezidentini təkəbbürdə və nüvə dövlətinə, yəni Rusiyaya qarşı təxribatlarla Fransanın təhlükəsizliyini risk altına atmaqda ittiham edib.

Xatırladaq ki, Herve Morin 2007-2010-cu illər ərzində Fransa prezidenti olmuş Nikola Sarkozinin hakimiyyəti dövründə Müdafiə naziri vəzifəsində çalışıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}