Politoloq apellyasiya şikayəti verib
Tarix: 29-03-2024 09:25 | Bölmə: Siyasət
Politoloq apellyasiya şikayəti verib

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və C.Fərzəliyev barəsində bəraət hökmünün çıxarılması istənilib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Cəbrail Fərzəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat Gənclər Fonduna, 342 min manat isə "Paşabank"a qarşı mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}