Türkiyə Adi Silahlı Qüvvələr Sazişindən çıxıb
Tarix: 05-04-2024 14:04 | Bölmə: Siyasət
Türkiyə Adi Silahlı Qüvvələr Sazişindən çıxıb

Türkiyə Rusiya ilə Avropa arasında silahlara nəzarəti təmin etmək üçün 1990-cı ildə imzalanmış Avropa Adi Silahlı Qüvvələr Sazişindən çıxıb.

Reyting.az
bildirir ki, 1990-cı ildə imzalanmış və 1992-ci ildə Nazirlər Şurası tərəfindən təsdiq edilən Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) icrasının aprelin 8-dən dayandırılacağı açıqlanıb.

Prezident Ərdoğanın “Rəsmi Gazetə”nin bugünki sayında dərc olunan qərarına əsasən Türkiyə CFE tətbiqinin aprelin 8-dən etibarən dayandıracaq.

Qeyd edək ki, NATO-nun 31 üzvünün əksəriyyəti 1990-cı ilin noyabrında “Soyuq Müharibə”nin rəqiblərinin ümumi sərhədlərdə və ya yaxınlıqda qüvvələr toplamasının qarşısını almaq məqsədi daşıyan CFE-ni imzalamışdı. NATO “Soyuq Müharibə” dövründə bağlanmış Avropa Adi Silahlı Qüvvələr Müqaviləsini 2023-cü ilin noyabrında Rusiya sazişdən çıxdıqdan sonra dayandırıb. Alyans onu imzalayan üzvlərin sazişdə iştirakını dondurduqlarını da açıqlayıb.

Rusiya da 2023-cü ildə müqavilədən çıxmaq qərarına gəlib və Ukraynada müharibə davam edərkən Moskvanın bu addımı mübahisələrə səbəb olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}