Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
Tarix: 05-04-2024 16:59 | Bölmə: Siyasət
Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi müxalifətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.

Reyting.az
-ın xəbərinə görə, T. Yaqublu məhkəmə prosesi zamanı bildirib ki, hökuməti tənqid etdiyi üçün siyasi sifarişlə həbs olunub.

Siyasətçinin qızı Nigar Həzi deyib ki, aprelin 14-də atasının 4 aylıq ilkin həbs müddəti başa çatır. Ancaq onun fikrincə, digər siyasi məhbuslarda olduğu kimi, T. Yaqublunun da həbs müddəti uzadılacaq.

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}