AMİP: "Etibar Məmmədov heç vaxt sədr kimi geri dönməyəcək"
Tarix: 08-04-2024 14:42 | Bölmə: Siyasət
AMİP: "Etibar Məmmədov heç vaxt sədr kimi geri dönməyəcək"

"Etibar Məmmədov heç vaxt Azərbaycan Milli İstiqlal Partiyasına sədr kimi geri dönməyəcək".

Reyting.az
xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Sədr bildirib ki, onun partiya sədrliyinə qayıdışı qeyri-ciddi görünə bilər: "Etibar Məmmədov bununla bağlı dəfələrlə münasibət bildirib. Onun AMİP sədri kimi geri qayıtmaq fikiri yoxdur. Biz yenidən partiyaya sədr kimi qayıdan liderlərin qərarına hörmətlə yanaşırıq".

Arzuxan Əlizadə Etibar Məmmədovun siyasətdən getmədiyini vurğulayıb: "Əslində, Etibar Məmmədov ölkə əhəmiyyətli, taleyüklü məsələlərə mütamadi olaraq münasibət bildirir və gündəmdə olur. Ən kritik məqamlarda ona bir çox məsələlərlə bağlı müraciətlər də olunur və mövqeyini hər zaman açıq şəkildə ifadə edib. Etibar bəy AMİP-in fəxri lideri kimi də qalmaqdadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}